Siyasət xəbərləri

AŞPA-nın büro iclasında prezident seçkiləri ilə bağlı müşahidə missiyasının məlumatı dinləniləcək

11:08 16-04-2018

AŞPA-nın büro iclasında prezident seçkiləri ilə bağlı müşahidə missiyasının məlumatı dinləniləcək

Aprelin 23-də AŞPA-nın büro iclasında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı müşahidə missiyasının məlumatları dinləniləcək.

 

APA-nın məlumatına görə, büro iclası AŞPA-nın aprelin 23-27-də keçiriləcək yaz sessiyası çərçivəsində baş tutacaq.

 

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı AŞPA-nın 33 nəfərlik müşahidə missiyasına Viorel Rişard Badea rəhbərlik edib.



© APA 2018