Siyasət xəbərləri

Mahmud Məmmədquliyev ECO XİN başçılarının toplantısında iştirak edəcək

16:02 16-04-2018

Mahmud Məmmədquliyev ECO XİN başçılarının toplantısında iştirak edəcək

Sabah Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

 

XİN-dən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

 

“News.tj”nin saytının yazdığı xəbərə görə, tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əldə olunmuş razılaşmaların icra prosesi, təşkilatla digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq, məqsəd və vəzifələrin icrasında nailiyyətlər müzakirə olunacaq.

 

Görüşdə Əfqanıstana dəstək üzrə ECO proqramı qəbul olunacaq.



© APA 2018