Siyasət xəbərləri

Bakıda İƏT Gənclər və İdman nazirləri Konfransının 4-cü sessiyası keçiriləcək

22:15 15-04-2018

Bakıda İƏT Gənclər və İdman nazirləri Konfransının 4-cü sessiyası keçiriləcək

Bakıda 17-19 aprel tarixlərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri (GİN) Konfransının  4-cü sessiyası keçiriləcək.

 

APA-nın xəbərinə görə, sessiya "Gəncliyin inkişafı üçün həmrəy çalışmaq" mövzusunda keçiriləcək.

 

Konfrans üzvləri İƏT Gənclik Strategiyasına yenidən baxış keçirəcəklər. Tədbirdə  gənclərin cəmiyyətdə  rolu, Dialoq və Əməkdaşlıq uğrunda İƏT Gənclər Forumunun  fəaliyyətləri, İslam Həmrəylik oyunları üzrə İdman Federasiyasının gördüyü işlər  müzakirə ediləcək.

 

Sessiyada həmçinin İslam Gənclərinin Paytaxtı beynəlxalq proqramı və İslam Konfransı Təşkilatının Baş Katibliyi və onun müvafiq qurumları ilə koordinasiyada üzv ölkələr tərəfindən gənclər və idmanla bağlı qərarların icrası müzakirə olunacaq.



© APA 2018