Siyasət xəbərləri

Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gələcək

10:53 14-11-2017

Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gələcək

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira noyabrın 15-də Azərbaycanda rəsmi səfərdə olacaq.

 

XİN-dən APA-ya bildirilib ki, səfər çərçivəsində Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
 
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.



© APA 2017