Siyasət xəbərləri

Elmar Məmmədyarov Misirin Cənubi Sinay vilayətinin qubernatorunu qəbul edib

18:21 14-11-2017

Elmar Məmmədyarov Misirin Cənubi Sinay vilayətinin qubernatorunu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanla Misir arasında tarixi əlaqələrə toxunan E. Məmmədyarov, ölkələr arasında mədəni və dini bağlılığının münasibətlərin inkişafına müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

 

Azərbaycana xüsusi rəğbəti olduğunu deyən Xalid Fudə Məhəmməd isə iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsinin ikitərəfli əməkdaşlığı gücləndirəcəyini və turizmin inkişafına təkan verəcəyini söyləyib.

 

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın cari vəziyyətinə nəzər salınıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.



© APA 2017