Siyasət xəbərləri

Elmar Məmmədyarov Sudanın yeni səfirini qəbul edib

15:20 14-11-2017

Elmar Məmmədyarov Sudanın yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikasın Azərbaycana yeni təyin olunmuş səfiri Abbas Mustafa Əhməd Abdullanı qəbul edib

 

APA-nın XİN-in saytına istinadən verdiyi xəbərə görə, səfir etimadnaməsinin surətini nazirə təqdim edib. E. Məmmədyarov A. M. Ə. Abdullanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir diplomatik fəaliyyəti müddətində Azərbaycan və Sudan arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.



© APA 2017