Siyasət xəbərləri

Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin Bakı toplantısının vaxtı dəqiqləşib

10:53 28-12-2017

 Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin Bakı toplantısının vaxtı dəqiqləşib

“2018-ci il aprelin 3-6-da Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək”.

 

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu hərəkatda 120-dən artıq dövlət iştirak edir. 

 

Qoşulmamaq Hərəkatının sammiti isə 2019-cu ildə Azərbaycanda keçiriləcək.

 

 



© APA 2018