Siyasət xəbərləri

Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparmağa hazırıq”

12:45 01-01-2018

Gürcüstan parlamentinin vitse-spikeri: “Azərbaycanlı həmkarlarımızla məsləhətləşmələr aparmağa hazırıq”

“Biz azərbaycanlı həmkarlarımızla qarşılıqlı maraq doğuran bütün vacib məsələlərlə bağlı məsləhətləşmələr aparmağa hazırıq”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri bildirib.

 

Z. Dzidziquri deyib ki, Gürcüstan Azərbaycanla sıx əməkdaşlıq edir və iki ölkə arasında dostluq əlaqələrinin dərinləşdirilməsi prioritet məsələlərdən biridir: “Azərbaycanlı həmkarlarımızla müzakirələr aparmaq üçün yaxın gələcəkdə görüş keçirməyə hazırıq. Biz ikitərəfli münasibətlərin gələcəkdə də pozitiv dinamika ilə inkişaf edəcəyinə əminik”.

 

Qeyd edək ki, ötən həftə Azərbaycan parlamentində Gürcüstanın Ermənistana Rusiyaya çıxış üçün əlavə dəhliz verməsinə etiraz ifadə olunub. Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna məsələni araşdırmaqla bağlı tapşırıq veriləcəyini bildirib.



© APA 2018