Siyasət xəbərləri

İran XİN: Prezient Ruhaninin Azərbaycana və Orta Asiya ölkələrinə səfərinə hazırlıq görülür

12:29 25-12-2017

İran XİN: Prezient Ruhaninin Azərbaycana və Orta Asiya ölkələrinə səfərinə hazırlıq görülür

İran prezidenti Həsən Ruhani 2018-сi ilin baharında Azərbaycana səfər edəcək. 
 
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında APA-nın sualına cavabında deyib. O bildirib ki, prezident H. Ruhaninin Azərbaycana və Orta  Asiya ölkələrinə səfəri planlaşdırılır: “Hazırda bu səfərlər üçün hazırlıq işləri  görülür. Ekspertlərin qarşılıqlı səfərləri təşkil olunur. İkitərəfli əlaqələrin inkişafı üçün sənədlər hazırlanır. Lazımı hazırlıqlar tamamlanarsa, prezidentin səfəri yaxın 3 ay ərzində - bahar fəslinin əvvəlində baş tutacaq”.


© APA 2018