Siyasət xəbərləri

Aİ rəsmisi: “Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi demək olar ki, razılaşdırılıb”

20:36 12-01-2018

Aİ rəsmisi: “Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi demək olar ki, razılaşdırılıb”

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya üzrə saziş, demək  olar ki, artıq razılaşdırılıb. 

 

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

 

Səfirin sözlərinə  görə, sazişlə bağlı sadəcə son nöqtəni  qoymaq lazımdır: " Düşünürəm  ki, yanvar- fevral  aylarında  bu mümkün olacaq".

 

Kestutis Yankauskas həmçinin qeyd edib ki, Azərbaycan və Avropa  İttifaqı (Aİ) arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar dinamik aparılır.

 

Səfir deyib ki, sazişin bu il imzalanması üçün səy göstəriləcək: "Çalışacayıq ki, vaxt itirməyək. Sazişin imzalanması ilə bağlı böyük bir problem yoxdur.  Sazişin bu il ərzində imzalanacağına ümid edirəm".  



© APA 2018