Siyasət xəbərləri

Macarıstan səfiri: “Cənubi Qafqaz ölkələri arasında ən güclü münasibətlər Azərbaycanladır”

19:05 19-05-2017

Macarıstan səfiri: “Cənubi Qafqaz ölkələri arasında ən güclü münasibətlər Azərbaycanladır”

“Macarıstanın Cənubi Qafqaz ölkələri arasında ən güclü münasibətləri Azərbaycanladır”.

 

APA-nın məlumatına görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfirlikdə Macar yeməkləri və içkilərinin dequstasiyası ilə bağlı keçirilən tədbirdə deyib.

 

O bildirib ki, dünya iqtisadiyyatındakı tendensiyaya rəğmən, iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir: “Azərbaycan-Macarıstan ticarət dövriyyəsi Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəmizin yarısını təşkil edir. İki ölkə arasında münasibətlər çox dinamik inkişaf edir, işgüzar əlaqələr genişlənir. 2013-cü ildən Macarıstanın Azərbaycanda ticarət evi fəaliyyət göstərir". 


Səfir bildirib ki, tədbirdə təqdim olunan məhsullar “World Food Baku” sərgisində də nümayiş olunub. 


Sonra Macarıstanın məhsul və içkilərinin dequstasiyası həyata keçirilib.



© APA 2017