Siyasət xəbərləri

Millət vəkili Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişlə bağlı prosesin sürətləndirilməsini təklif edib

16:53 13-02-2018

Millət vəkili Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişlə bağlı prosesin sürətləndirilməsini təklif edib

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına dair işlərin sürətləndirilməsi təklif edilib.

 

APA-nın məlumatına görə, iclasda çxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, hazırda hökumət bu istiqamətdə işlər aparsa da, prosesi bunu sürətləndirmək lazımdır, buna zərurət var.


Q. Həsənuqliyev qonşu ölkələr İran və Türkiyə ilə də viza rejiminin aradan qaldırılmasını təklif edərək, artıq bunun vaxtının çatdığını bildirib. 



© APA 2018