Siyasət xəbərləri

MM üzvləri Türkiyəyə səfər edəcəklər

16:00 23-12-2017

MM üzvləri Türkiyəyə səfər edəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva dekabrın 24-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkilləri Türkiyənin Liv Hospital Xəstəxanaları Qrupu və İstinye Universitetinin birlikdə təşkil etdikləri “Kök hüceyrələrinin tibdə tətbiqi” adlı konfransda iştirak edəcəklər.

 

Deputatlar həmçinin icbari tibbi sığortanın tətbiqi və işləmə mexanizmləri sahəsində Türkiyənin təcrübəsi və əldə olunan nailiyyətlərlə yaxından tanış olacaqlar.
 

Səfər dekabrın 28-də başa çatacaq.



© APA 2018