Siyasət xəbərləri

Monqolustan prezidenti Azərbaycan prezidentinə zəng edib

12:33 25-12-2017

Monqolustan prezidenti Azərbaycan prezidentinə zəng edib

Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

APA-nın məlumatına görə, X. Battulqa dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.



© APA 2018