Siyasət xəbərləri

Müdafiə nazirinin müavini ABŞ müdafiə nazirinin nümayəndəsi ilə görüşüb

17:00 12-10-2017

Müdafiə nazirinin müavini ABŞ müdafiə nazirinin nümayəndəsi ilə görüşüb

Oktyabrın 12-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işçi səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.



© APA 2017