Siyasət xəbərləri

Nazir: “Nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmə Azərbaycan hökuməti üçün prioritetdir”

14:34 13-03-2018

Nazir: “Nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmə Azərbaycan hökuməti üçün prioritetdir”

“Tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən effektiv ticarət formalaşması, idxal, ixrac və tranzit sərhəd prosedurlarını sadələşdirməklə, nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmə Azərbaycan hökumətinin uzlaşmanı təşviq etmək üçün prioritet sahədir”.  

 

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında çıxışı zamanı bildirib.
 

O qeyd edib ki, E-imza prinsipi əsasında e-deklarasiya sistemi kimi ticarətin sadələşdirilməsi tədbirlərində informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir.

 

E. Məmmədyarov vurğulayıb ki, maneələrin aradan qaldırılması, regional və regionlararası uzlaşma layihələrində müxtəliflik yaratmaq Azərbaycanın ikitərəfli münasibətlərdə və tərəf olduğu bütün beynəlxalq və regional iqtisadi təşkilatlarda önəm verdiyi istiqamətlərdən biridir.

 

“Müxtəlif dini, iqtisadi və ya siyasi konfessiyalara məxsus olmaq maneələr yaratmamalıdır. Beləliklə, xalqlar bir-biri ilə ticarət edir, bir-birinin iqtisadiyyatlarına sərmayə qoyur və bir-birinə qarşılıqlı hörmət və etimad əsasında dəstək olurlar. İpək Yolunun məqsədi maraqlı və istəkli olan hər kəs üçün paylaşılan bir mənfəətdir”, - deyə nazir bildirib.



© APA 2018