Siyasət xəbərləri

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Azərbaycan prezidentini təbrik ediblər

10:50 24-12-2017

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Azərbaycan prezidentini təbrik ediblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik ediblər.

 

APA-nın məlumatına görə, təbrik məktubunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının vitse-prezidenti İsmail Seragəldin,  İdarə Heyətinin üzvləri - 2000-2012-ci illərdə Finlandiya prezidenti Tarya Halonen, 1996-2000-ci illərdə Rumıniyanın prezidenti Emil Konstantinesku, 2004-2012-ci illərdə Serbiya prezidenti Boris Tadiç, 1997-2002-ci illərdə Bolqarıstan prezidenti Petar Stoyanov, 2001-2002-ci illərdə Bosniya və Herseqovina baş naziri Zlatko Laqumdziya və 2010-2015-ci illərdə Xorvatiya prezidenti İvo Yosipoviç imzalayıblar.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri  yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyi dəstəyə görə Azərbaycan prezidentinə dərin minnətdarlıqlarını bildiriblər: "Sizin rəhbərliyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmi beş il ərzində dünyada tanınmış institutlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi fəaliyyət göstərəcək. Cənab Prezident, xahiş edirik bizim ən dərin hörmətimizi və ehtiramımızı qəbul edin. Sizinlə VI Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik".



© APA 2018