Siyasət xəbərləri

PA: Bu il ölkənin xarici siyasətində ən mühüm hadisələrdən biri Azərbaycan prezidentinin Brüsselə səfəri idi

12:28 23-12-2017

PA: Bu il ölkənin xarici siyasətində ən mühüm hadisələrdən biri Azərbaycan prezidentinin Brüsselə səfəri idi

"Hazırda dünyada müəyyən maraqlar uğrunda mübarizə dövlətləri çətin vəziyyətdə qoyur".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

 

O bildirib ki, bu, kiçik dövlətlərin qarşılarına qoyduğu məqsədi həyata keçirməsinə çətinlik yaradır: "Buna baxmayaraq, 2017-ci il Azərbaycan üçün ən uğurlu illərdən olub. Bu il prezident tərəfindən Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilmişdi. İslam həmrəyliyi və sivilizasiyalararası dialoq bir-birinə bağlıdır. Azərbaycan tərəfindən bu istiqamətdə bir sıra addımlar atılıb. Konfranslar, seminarlar, forumlar keçirilib. Dünyadan yüksək səviyyəli nümayəndələr bu tədbirlərdə iştirak ediblər. Bu onunla bağlıdır ki, Azərbaycanın daxilində digər məsələlər həllini tapıb və bu, imkan verib ki Azərbaycan bu kimi məsələlərə öz töhfəsini versin. Bu, beynəlxalq münasibətlərdə sabitliyə, təhlükəsizliyə töhfə vermək üçün nümunədir".

 

N. Məmmədov 2017-ci ilin ən böyük hadisələrindən biri kimi  Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını qeyd edib: "Bu, Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolunun mühüm tərkib hissəsi, Azərbaycan üçün beynəlxalq əməkdaşlığa yol açan, sabitlik və təhlükəsizliyə qarantiya verən layihədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu layihəni yerinə yetirdi. Biz bunun nə dərəcədə əhəmiyyətli olduğunu, Azərbaycana, regiona və beynəlxalq əməkdaşlığa hansı töhfələri verəcəyini görəcəyik".

 

N. Məmmədov bu il ərzində ölkənin xarici siyasətində ən mühüm hadisələrdən biri kimi Azərbaycan prezidentinin Brüsselə səfərini vurğulayıb: "Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanmasına start verildi və müəyyən müddəalarla bağlı razılaşma əldə edildi. Bu, çox böyük hadisədir".



© APA 2018