Siyasət xəbərləri

Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib

18:01 14-11-2017

Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa məktub göndərib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram”.



© APA 2017