Siyasət xəbərləri

Prezident Kuba liderini təbrik edib

18:04 29-12-2017

Prezident Kuba liderini təbrik edib

Prezident İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

 

APA-nın xəbərinə görə, təbrikdə  deyilir:

 

"Hörmətli cənab sədr. Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına daim sülh və firavanlıq diləyirəm".



© APA 2018