Siyasət xəbərləri

Putin: "İlham Əliyev avqustun 30-da Rusiyaya növbəti səfər edəcək"

14:52 13-06-2018

Putin:

Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə dövlət başçıları iki ölkə arasında münasibətləri müzakirə ediblər.

 

V. Putin Moskvanın Azərbaycan prezidentinin növbəti səfərinə hazırlaşdığını, səfərin avqustun 30-da baş tutacağını söyləyib: "O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik".



© APA 2018