Siyasət xəbərləri

Qulam İshaqzai: “BMT Azərbaycanla əməkdaşlıqdan çox məmnundur”

11:56 25-12-2017

Qulam İshaqzai: “BMT Azərbaycanla əməkdaşlıqdan çox məmnundur”

“BMT olaraq Azərbaycanla əməkdaşlıqdan çox məmnunuq”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisdə keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.
 

O qeyd edib ki, əməkdaşlıq müxtəlif sahələri, o cümlədən parlamentlərarası və hökumətlərarası əlaqələri əhatə edir.

 

Q. İshaqzai bildirib ki, Azərbaycan dayanıqlı inkişafla bağlı xeyli işlər görüb: “Prezidentin dayanıqlı inkişafla bağlı verdiyi fərman təqdirəlayiqdir. Bununla bağlı əməli işlər görülüb”.



© APA 2018