Siyasət xəbərləri

Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olub - EKSKLÜZİV

15:26 12-10-2017

Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olub - EKSKLÜZİV

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

 

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir. 

 

M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

 

Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.



© APA 2017