Siyasət xəbərləri

Rusiya baş naziri Azərbaycan prezidentini təbrik edib

10:37 24-12-2017

Rusiya baş naziri Azərbaycan prezidentini təbrik edib

Rusiya baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevi doğum gününüz münasibətilə təbrik edib.

 

APA-nın məlumatına görə, D. Medvedev təbrik məktubunda prezident İlham Əliyevin Rusiya ilə Azərbaycanı bağlayan dostluq, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafına daimi diqqətini qeyd edib.

 

D. Medvedev bildirib ki, şəxsən Azərbaycan prezidentinin köməyi ilə qarşılıqlı ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar fəaliyyət möhkəmlənir, sənaye, infrastruktur, energetika və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir: "Əminəm ki, ikitərəfli əməkdaşlığın bütün kompleksinin bundan sonra da inkişafı, regionlararası əlaqələrin və işgüzar münasibətlərin genişlənməsi iki ölkənin maraqlarına tamamilə uyğundur. Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".



© APA 2018