Siyasət xəbərləri

"Statoil” şirkətinin baş icraçı direktoru Azərbaycan prezidentini təbrik edib

14:53 15-04-2018


Norveçin “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, “Statoil” şirkətinin baş icraçı direktoru ümidvardır ki, İlham Əliyevin yeni prezidentliyi müddətində Azərbaycana uğurlu rəhbərliyi davam edəcək və qlobal enerji sistemindəki mühüm keçid dövründə Azərbaycan dünyanı etibarlı və təhlükəsiz şəkildə enerji ilə təmin edən əsas beynəlxalq tərəfdaşlardan biri olaraq qalacaq.

 

E. Saetre qeyd edib ki, “Statoil” Azərbaycan Respublikasının şirkətimizə olan inamına əsaslanan tərəfdaşlığımıza böyük dəyər verir: "Prezident seçkilərindəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin"



© APA 2018