Siyasət xəbərləri

Türkiyə səfiri: "Ərdoğan oktyabrın 30-da Bakıya gələcək"

11:42 12-10-2017

Türkiyə səfiri:

"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək".

 

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək.

 

Hazırda ABŞ və Türkiyə arasında yaşanan viza gərginliyi ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin tez bir zamanda həllinə ümidvar olduğunu dilə gətirib.



© APA 2017