Siyasət xəbərləri

TÜRKPA-nın yeni baş katibi Azərbaycan xalqını təbrik edib

12:40 29-12-2017

TÜRKPA-nın yeni baş katibi Azərbaycan xalqını təbrik edib

Türkdilli Ölkələrin Parlament Assambleyasının yeni baş katibi Altınbek Mamayusupov 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Bu barədə təşkilatdan APA-ya verilən məlumatda deyilir.

 

O, 2018-ci ilin Azərbaycana və bütün Türk dünyasına sabitlik, uğur və əmin-amanlıq gətirməsini arzulayıb. 


Baş katib 2018-ci ildə TÜRKPA tərəfindən həyata keçiriləcək bütün fəaliyyətlərin başda Azərbaycan olmaqla Türk dilli ölkələrin ortaq əməkdaşlığına daha çox töhfə verəcəyini və gələcək üçün daha böyük nailiyyətlərə imza atılacağını qeyd edib. 


Xatırladaq ki, 8 dekabr 2017-ci tarixində Bişkekdə keçirilən Türkdilli ölkələrin Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında Altınbek Mamayusupov TÜRKPA-nın yeni baş katibi seçilib.  



© APA 2018