Siyasət xəbərləri

ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb

12:21 07-12-2017

ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb

Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb.

 

APA-nın məlumatına görə, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

 

Toplantıda Avstriya sədrliyinin bir il ərzində gördüyü işlər və ATƏT-ə gələn il sədrlik edəcək İtaliyanın prioritetləri açıqlanacaq.

 

Yığıncaq bu gün və sabah davam edəcək.



© APA 2017