Siyasət xəbərləri

Nazir: "Ticarət, tarif və subsidiyalarla bağlı Azərbaycan və Avropa İttifaqının fərqli baxışları var"

11:44 14-02-2018

Nazir:

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv şəkildə və qarşılıqlı anlaşma əsasında aparılır”.

 

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti"yə müsahibəsində deyib. O bildirib ki, sənədin hazırlanması üçün xüsusi maneə yoxdur, lakin ticarət məsələsi ilə bağlı baxışlarda bəzi fərqlər var: “Belə ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Tariflər və subsidiyalarla bağlı məsələlərdə də bəzi fikir ayrılıqları var”.

 



© APA 2018