Siyasət xəbərləri

XİN: Bu il Azərbaycanda müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursu davam edib

10:26 28-12-2017

XİN: Bu il Azərbaycanda müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursu davam edib

“2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursu davam edib”.

 

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu il Azərbaycanın xarici siyasətində milli maraqların qorunması, Ermənistan tərəfindən törədilən işğal və təcavüzün aradan qaldırılması, ərazi bütövlük və suverenliyinin təmin olunması, ölkənin beynəlxalq nüfuzunun təbliğ edilməsi, sülhün təbliği davam etdirilib.

 

“Bu il də torpaqlarımızın Ermənistan tərəfindən işğalı ölkənin təhlükəsizliyi üçün ən ciddi təhdid olaraq davam edib. Ermənistan işğalı davam etdirmək və status-kvonu saxlamaq siyasətini davam etdirib. Beləliklə, işğala son qoyulmayıb”.

 



© APA 2018