Xəbər

Azərbaycan prezidenti Əjdərbəy məscidində təmir işlərinin yekunlaşmasına 3 milyon manat əlavə vəsait ayrılması barədə sərəncam imzalayıb

20:13 25-05-2010

Azərbaycan prezidenti Əjdərbəy məscidində təmir işlərinin yekunlaşmasına 3 milyon manat əlavə vəsait ayrılması barədə sərəncam imzalayıb

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Əjdərbəy məscidində yenidənqurma və təmir işlərinin yekunlaşması ilə bağlı maliyyə vəsaitinin ayrılması barədə sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamda 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi hacı Əjdərbəy Aşurbəyov tərəfindən tikilib istifadəyə verilmiş məscidin Azərbaycanda mötəbər dini ibadət məbədlərindən biri olduğu qeyd edilir. Sərəncama əsasən, məsciddə aparılan yenidənqurma və təmir işlərinin tamamlanması ilə əlaqədar Azərbaycan Respublikasının 2010-cu il Dövlət Büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3 milyon manat vəsaitin ayrılıb.


© APA 2018