Xəbər

Şeyxülislam: "Ətrafımızda baş verən hadisələrə baxanda ölkəmizdəki əmin-amanlığa şükür etməliyik"

11:59 14-02-2018

Şeyxülislam:

"Bu gün Yaxın Şərqdə, ümumiyyətlə, ətrafımızda baş verən hadisələrə baxanda ölkəmizdəki əmin-amanlığa şükür etməliyik. Bu əmin-amanlığın sükanı arxasında prezident İlham Əliyev dayanıb".

 

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ölkədəki dini icmaların təmsilçiləri ilə keçirdiyi görüşdə bildirib. O qeyd edib ki, xalq bu məqamı diqqətdən qaçırmamalıdır: "Ətrafda baş verən qanlı-qadalı hadisələrin içində Azırbaycandakı əmin-amanlığı qiymətləndirməliyik, İlham Əliyev cənablarının ətrafında sıx birləşməliyik. Bu əmin-amanlığı elə öz həyatımız, rifahımız naminə qiymətləndirib, qoruyub saxlamalıyıq".



© APA 2018