Xəbər

Abşeronda iki evdə yanğın olub

18:15 14-11-2017

Abşeronda iki evdə yanğın olub

Abşeron rayonunda yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 m2 sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə və 1 ədəd plastik pəncərə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 



© APA 2017