Xəbər

Ağcabədidə fərdi evdə yanğın olub

23:15 01-01-2018

Ağcabədidə fərdi evdə yanğın olub

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunda ümumi sahəsi 240 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



© APA 2018