Xəbər

Ağdamda 50 yaşlı kişi dərmandan zəhərlənərək ölüb

10:14 14-03-2018

Ağdamda 50 yaşlı kişi dərmandan zəhərlənərək ölüb

Ağdamda 50 yaşlı ruhi xəstə qəbul etdiyi dərmandan zəhərlənərək ölüb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Çəmənli kənd sakini Qurbanov Ülfət Məhəmməd oğlu sakitləşdirici həbin miqdarını artıq qəbul etdiyi üçün həyatını itirib.

 

Kənd sakinlərinin verdiyi məlumata görə, Ü.Qurbanov uzun illərdir ruhi xəstədir və əsəb dispanserində qeydiyyatdadır.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 



© APA 2018