Xəbər

Ağdamda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

14:31 12-07-2018

Ağdamda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndi ərazisində baş verib.  Allahverdiyev Rövşən Xankişi oğlunun  idarə etdiyi “VAZ” 2107 markalı avtomobil qarşıdan gələn  “Hyundai” markalı avtomobillə toqquşub.

 

Nəticədə R.Allahverdiyev və maşında olan nəvəsi, 2008-ci il təvəllüdlü Allahverdizadə Leyla Yalçın qızı, Allahverdiyeva Klara  Əbdüləli qızı,  Axundov Şamxal Dərgah oğlu və Məmmədov Amil Mobil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparır.

 

 

 



© APA 2018