Xəbər

Ağdamda taxıl sahəsi yanıb

16:16 19-06-2017

Ağdamda taxıl sahəsi yanıb

Ağdamda taxıl sahəsində yanğın olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı  Quzanlı qəsəbəsində baş verib.

 

Sakinlərin qəsəbə kənarındakı zibilliyə od vurması nəticəsində alov Ağdamın Eyvazlı kənd sakini Telman Əliyevə məxsus taxıl zəmisinə yayılıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası alovun geniş ərazilərə yayılmasının qarşısını alıblar.

 



© APA 2017