Xəbər

Ağdaşda avtomobil elektrik dirəyinə çırpılıb, 3 nəfər ağır xəsarət alıb

10:39 01-01-2018

Ağdaşda avtomobil elektrik dirəyinə çırpılıb, 3 nəfər ağır xəsarət alıb

Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə ötən gecə saat 23:30 radələrində Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 21015” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

 

Hadisə zamanı sürücü və sərnişinlər, Ağdaş sakinləri 1995-ci il təvəllüdlü Akifzadə Elmədddin Məhəmməd oğlu, 1988-ci il təvəllüdlü Mustafayev Alim Sərkər oğlu, 1989-cu il təvəllüdlü Abdullayev Şakir Şövkət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   



© APA 2018