Xəbər

DİN və Baş Prokurorluğun istintaq-əməliyyat qrupu dəhşətli qətli araşdırmaq üçün Ağstafaya ezam olunub - YENİLƏNİB-1

17:11 29-12-2017

DİN və Baş Prokurorluğun istintaq-əməliyyat qrupu dəhşətli qətli araşdırmaq üçün Ağstafaya ezam olunub  - YENİLƏNİB-1

Ağstafa rayonunda törədilmiş qətlə bağlı Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu Ağstafa rayonuna ezam ediliblər.

 

Bunu APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

 

 

***

 

15:22

 

Ağstafada baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.

 

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

***

 

14.42

 

Ağstafada dəhşətli qətl törədilib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.

 

S. Əliyevin qətlə yetirildiyi məlum olub. 

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

 



© APA 2018