Xəbər

Ağsuda biçilmiş taxıl sahəsində yanğın başlayıb

17:18 12-07-2018

Ağsuda biçilmiş taxıl sahəsində yanğın başlayıb

Ağsu rayonunda, Bico kəndi ərazisində vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində yanğın başlayıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, əraziyə FHN-nin Ağsu, Göyçay, Şamaxı və Kürdəmir Dövlət Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

 

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.



© APA 2018