Xəbər

Ağsuda “KamAZ” aşıb, sürücü xəsarət alıb

11:37 17-05-2018

Ağsuda “KamAZ” aşıb, sürücü xəsarət alıb

Ağsu rayonunda yük avtomobili aşıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir yolunun 10-cu kilometrliyində qeydə alınıb. Rayon sakini Məmmədov Əlibala Əli oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, qumla dolu nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.  

 



© APA 2018