Xəbər

Astarada sərxoş sürücülərə qarşı reyd keçirilib

01:00 02-01-2018

Astarada sərxoş sürücülərə qarşı reyd keçirilib

Bayram günlərində Astarada sərxoş sürücülərə qarşı reyd keçirilib.

 

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən şəhər ərazisində təşkil olunan reydin məqsədi yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, ciddi qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq olub.

 

Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb.  Bunlardan da üçü içkili halda nəqliyyat vasitəsini idarə etdiyi üçün cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb.

 

Bundan başqa təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan və digər qayda pozuntuları edən sürücülər də müəyyən olunub

 

Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmini məqsədini daşıyan bu cür reydlər bundan sonra da davam etdiriləcək



© APA 2018