Xəbər

Avropa Şurası baş katibinin müavini ədliyyə naziri Fikrət Məmmədovla görüşüb

18:46 25-05-2010

Avropa Şurası baş katibinin müavini ədliyyə naziri Fikrət Məmmədovla görüşüb

Bakı-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası baş katibinin müavini Mod De Bur Bukikkio ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən nazir aparılmış islahatların insan haqlarının etibarlı müdafiəsinə yönəldiyini vurğulayıb. Azərbaycanda məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılan islahatlar maraqla qarşılanaraq, qazanılmış yüksək nəticələr təqdir edilib.

Görüşdə qarşılıqla fəaliyyətin perspektivləri, o cümlədən inzibati məhkəmələrin yaradılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tədris səfərlərinin təşkili, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, habelə, insan alveri ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Tədbirdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak edib. Qonaq daha sonra Ali Məhkəmənin yeni binası ilə tanış olub.


© APA 2018