Xəbər

Azərbaycan paytaxtında orta məktəb şagirdi özünü öldürüb

10:20 26-05-2010

Azərbaycan paytaxtında orta məktəb şagirdi özünü öldürüb

Bakı. Hafiz Heydərov –APA. Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan bildirilib.
Hadisə mayın 25-dən 26-a keçən gecə, Təhsil Nazirliyinə məxsus 286 saylı orta məktəbdə baş verib. Həmin məktəbin 10-cu sinif şagirdi, 1994-cü il təvəllüdlü Sadıxlı Adil Qurban oğlu məktəbin həyətində özünü asıb. Məktəblinin meyiti bu gün səhər saatlarında orta müəllim və şagirdlər tərəfindən aşkar edilib. Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə rayon Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu gəlib. Həyata keçirilən ilkin araşdırmalar zamanı məlum olub ki, A. Sadıxlı sözügedən məktəb də bir qızı sevirmiş. Qızdan ayrılan məktəbli buna dözmədiyi üçün özünü öldürüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


© APA 2018