Xəbər

Bakı Metropolitenində qatarın altında qalan qadın heç bir xəsarət almayıb

20:10 13-02-2018

Bakı Metropolitenində qatarın altında qalan qadın heç bir xəsarət almayıb

Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında 42  yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.

 

APA-nın xəbərinə görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev faktı təsdiqləyərək, bildirib ki, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.

 

""Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”, - deyə Nəsimi Paşayev bildirib.

 

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

 

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. 

 

Hazırda qatarlar normal iş rejimində hərəkət edir.



© APA 2018