Xəbər

Bakı-Quba yolunda avtomobil yanıb

22:12 01-01-2018

Bakı-Quba yolunda avtomobil yanıb

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Bakı-Quba yolunun 15-ci kilometrliyində “QAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



© APA 2018