Xəbər

Bakı Soyuducular Zavodunda çoxsaylı nöqsanlar aşkarlanıb

16:22 12-02-2007

Bakı Soyuducular Zavodunda çoxsaylı nöqsanlar aşkarlanıb
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliy (SMPDA) tərəfindən aparılan araşdırmalar zamanı “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətində çoxsaylı pozuntular və nöqsanlar aşkarlanıb.
Bu barədə APA-ya SMPDA-dan məlumat verilib.
Araşdırmalar zamanı məlum olub ki, istehsal olunan “Çinar-111”, “Çinar-427” və “Çinar-520” markalı məişət soyuducularının sınaqlarını aparmaq üçün laborotoriya akkreditasiya edilməyib. Xammal kimi istifadə olunan polisterolun uyğunluq sertifikatı, ərzaq məhsulları ilə bilavasitə təmasda olan materialların isə təhlükəsizliyini təsdiq edən gigiyenik sertifikatlar yoxdur. Müəssisədə istifadə olunan ölçmə və sınaq vasitələrinin heç biri dövlət yoxlanışından keçmədən istismar edilib.
Agentlik tərəfindən qeyd edilənlərlə bağlı mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilir. /APA/


© APA 2018