Xəbər

Bakıda avtomobil piyadanı vurub

02:27 13-10-2017

Bakıda avtomobil piyadanı vurub

Bakıda avtomobil yolu keçən sərnişini vurub. APA-nın xəbərinə görə, hadisə Nizami rayonu, Naxçıvanski küçəsindəki “8-ci km bazarı”nın qarşısında baş verib. Şəxsiyyəti məlum olmayan piyada 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Lal-kar olduğu bildirilən piyadanın vəziyyəti ağırdır. 



© APA 2017