Xəbər

Bakıda avtomobil yeniyetmə qızı vurub

02:10 15-11-2017

Bakıda avtomobil yeniyetmə qızı vurub

Noyabrın 14-də axşam saatlarında Bakının Sabunçu rayonunda yeniyetmə qızı avtomobil vurub.

 

APA-nın xəbərinə görə, yol qəzası Elşən Mehdiyev və Yavər Əliyev küçələrini birləşdirən dairənin yaxınlığında qeydə alınıb.

 

Məlumata görə, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızı həmin ünvanda yolu keçən zaman yanında ailə üzvləri də olub. Ancaq yağışlı hava səbəbindən sürücü yeniyetmə qızı görməyib və onu vurub. V.Məmmədova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun ayağının sındığı müəyyən olunub.

 

Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Artıq sürücünün ifadəsi də alınıb.



© APA 2017