Xəbər

Bakıda avtomobil yolun kənarında dayanan iki maşına çırpılıb

03:46 02-01-2018

Bakıda avtomobil yolun kənarında dayanan iki maşına çırpılıb

Bakıda yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda “Mitsubishi” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında dayanmış digər 2 avtomobilə çırpılıb.

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 



© APA 2018